• az
  • en
  • ru
  • turk
“Dizaynın ən vacib tərkib hissəsi komfort və rahatlıqdır.”
Con Hatton

İnteryerin elitar üslublu müəllif dizaynı hər hansı şəxsin həyatda qazandığı uğuru və cəmiyyətdə malik olduğu mövqeyi əks etdirir.

 

“Edem. Art & Design” şirkətinin mütəxəssisləri Bakıda, eləcə də Azərbaycanın digər şəhər və rayonlarında interyer-dizayn layihələrini uğurla həyata keçirirlər.
 

Eksklüziv interyerin yaradılması üzərində işə başlayarkən, biz dizayn layihəsi ilə yanaşı, həm də bu layihədə sizin bütün arzularınızı, ideya və xəyallarınızı, bir sözlə, mükəmməl ev haqqında ümumi təsəvvürünüzü təcəssüm etdirməyə çalışırıq.
 

Həm mənzillərin, həm də evlərin interyeri ilk növbədə sakinlərin həyat tərzini – onların xarakterlərini, vərdişlərini, temperamentlərini və hobbilərini əks etdirir. Təkcə böyük və geniş mənzilə, yaxud şəhər və ya bağ evinə malik olmaq kifayət deyil, belə ki, evdə yaşayan insanlar və gələn qonaqlar üçün xoş şərait və mehriban mühitlə yanaşı, ümumi interyer üslubunu da yaratmaq mühüm əhəmiyyət kəsb edir (mənzilin interyeri - mebel - aksessuarlar).  
 

Bizim əsas məqsədimiz sizin zövq və istəklərinizə uyğun olaraq fərdi dizayn işləyib hazırlamaqdır. Biz sizin müasir mənzil və ya ev dizaynı haqqında xəyallarınızı gerçəkləşdirəcəyik! “Edem” şirkətində geniş iş təcrübəsi olan peşəkarlar komandası - interyer və eksteryer dizaynerləri, memarlar, mühəndislər və konstruktorlar çalışırlar. Bundan əlavə, biz müştərinin istəyi ilə xarici ekspertlərin, o cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstandan və s. ölkələrdən olan ekspertlərin xidmətlərini də təklif edirik. Əgər siz öz vaxtınıza qənaət etmək istəyirsinizsə və ən yüksək səviyyəli iş keyfiyyətinə üstünlük verirsinizsə, onda şirkətimiz sizə elitar interyer dizaynının peşəkar üslubda icrasını təklif edə bilər.